SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Tələbələr və hotel əməkdaşları Xocalıda göl kənarını təmizlədi

Tələbələr və hotel əməkdaşları Xocalıda göl kənarını təmizlədi

  • 24 aprel 2026, 23:48
Xocalı

Tələbələr və hotel əməkdaşları Xocalıda göl kənarında təmizlik işləri aparıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Yurd.Media-ya bildirilib ki, Xocalı rayonunun Dağdağan kəndindəki gölün ətrafında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə iməcilik təşkil olunub.

Bildirilib ki, ekoloji aksiyada Qarabağ Universitetinin tələbələri və Xankəndi şəhərində fəaliyyət göstərən hotellərin əməkdaşları fəal iştirak ediblər. İməcilik zamanı tələbələr və könüllülər tərəfindən gölün ətrafı tullantılardan təmizlənib.

Qeyd edək ki, aksiyanın əsas məqsədi təbiət qoynunda istirahət zamanı ətraf mühitin çirkləndirilməsinin, canlı təbiətə zərər vurulmasının və meşə yanğınlarının qarşısını almaq üçün maarifləndirmə və ekoloji məsuliyyət hissinin təşviq edilməsi olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları