SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Sumqayıt və Bərdədə təbiətə 30 min manatlıq ziyan vuruldu

Sumqayıt və Bərdədə təbiətə 30 min manatlıq ziyan vuruldu

  • 13 iyun 2025, 18:44

Sumqayıt şəhəri və Bərdə rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 30-cu kilometrliyində “Azərtexnolayn” MMC-yə məxsus ərazidə və Bərdə rayonu Arabaçılar kəndində ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 30 860 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Prime Leasing
SPE Annual Caspian