SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Sabahdan etibarən külək güclənəcək - XƏBƏRDARLIQ

Sabahdan etibarən külək güclənəcək - XƏBƏRDARLIQ

  • 23 aprel 2026, 22:58

Sabahdan etibarən 2 gün müddətində ölkə ərazisində güclü külək əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya bildirilib ki, 24-25 aprel tarixlərində Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Qusar, Xızı, Salyan, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları