SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Oğuzda təbiətə daha 31 min manatlıq ziyan vurulub

Oğuzda təbiətə daha 31 min manatlıq ziyan vurulub

  • 20 aprel 2026, 17:03
Oğuz

Oğuz rayonunda təbiətə daha 31 min manatlıq ziyan vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, Oğuz rayonunun Xaçmazqışlaq və Yaqublu kəndlərində qanunsuz ağac kəsməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Məlumata görə, rayonun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacını kəsməkdə və təbiətə 5 min manatdan artıq maddi ziyan vurulmaqda şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.

Həmçinin rayonun Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar ərazinin qanunsuz olaraq zəbt edilməsi, 350 ədəd qaratikan kolunun məhv edilməsi və nəticədə təbiətə 26 min manatdan artıq maddi ziyan vurulması aşkarlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, daha əvvəl Oğuzda 15 vələs ağacını kəsən gənci polis saxlamışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları