SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Qubada bu il əkilən ağaclar artıq quruyur - VİDEO

Qubada bu il əkilən ağaclar artıq quruyur - VİDEO

Quba

Bu il Qubada əkilən ağaclar  boy atmadan quruyur.
Yurd.Media xəbər verir ki, Qubada əkilən fidanlara düzgün qulluq edilmədiyi üçün quruyurlar. 

Sakinlər "AZTV Xəbər"-ə bildirirlər ki, əsas  səbəb suyun verilməməsi,  ağacların ətrafındakı alaq  otlarının təmizlənməməsidir.

Quba Rayon İcra Hakimiyyətinin Əməkdaşı  İsmayıl İsmayılov  belə hallara diqqət ediləcəyini və təcili tədbir görülərək aradan qaldırılacağını bildirib.

"Bəzi yerlərdə müəyyən qədər sıradan çıxmış ağaclar da ola bilər, buna baxmayaraq biz bu yaxınlarda yenidən baxış keçərəciyik və belə hallar varsa, təcili tədbir görəcəyik. Bundan sonra da yaşıllıq işləri davamlı olacaqdır", - o qeyd edib.

Prime Leasing