SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Qəbələdə istirahət mərkəzinin sahibinə CƏRİMƏ KƏSİLDİ

Qəbələdə istirahət mərkəzinin sahibinə CƏRİMƏ KƏSİLDİ

  • 28 avqust 2026, 16:03
Qəbələ

Qəbələ rayonunda “Sərin meşə” adlanan ailəvi istirahət mərkəzinin sahibi cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən istirahət mərkəzinin ərazisində yoxlama aparılıb. 

İstirahət mərkəzinin ərazisində Vəndam meşəbəyliyinin meşə dolayında 1 ədəd 28 sm, 1 ədəd 24 sm və 1 ədəd 20sm diametrdə vələs cinsindən olan ağacları kök boğazından kəsilib və ətraf mühitə zərər vurulub. 

Bununla bağlı istirahət mərkəzinin barəsində İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə protokol yazılıb. 

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə istirahət mərkəzinin rəhbərliyi 4500 manat cərimə edilib. 

İstirahət mərkəzinin rəhbərliyi bu qərardan apellyasiya şikayəti verilib, lakin Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları