SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt
Qaxda güclü dolu və leysan təsərrüfata ciddi ziyan vurub

Qaxda güclü dolu və leysan təsərrüfata ciddi ziyan vurub

  • 26 may 2025, 09:02
Qax

Qax rayonunda güclü dolu yağıb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, mayın 25-i saat 18:00 radələrindən etibarən rayonda bir saatdan artıq müddətdə qeyri-sabit hava şəraiti hökm sürüb.

Təbii fəlakət əsasən Zəyəm, Tasmalı, Qarabaldır, Şotavar və Qındırğa kəndlərində müşahidə olunub. Güclü küləklə müşayiət olunan leysan yağışı və dolu xüsusilə Zəyəm kəndinə ciddi təsir göstərib.

Yerli sakinlərin bildirdiyinə görə, yağan dolu meyvə ağaclarına və həyətyanı sahələrdəki tərəvəz və bostan bitkilərinə ciddi ziyan vurub.


Leysan nəticəsində isə bir çox evlərin həyətinə və kənd daxili yollara sel suları dolub.