SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Qax rayonunda yeni Eco Park açıldı - FOTO

Qax rayonunda yeni Eco Park açıldı - FOTO

Qax

Qax rayonunda yeni Eco Park açılıb.

Yurd.Media xəbər verir ki, Eco Parkın fəaliyyət məqsədləri bölgədə aqrobio müxtəlifliyin inkişafı və davamlı istifadəsi, turizm fəaliyyəti göstərmək, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, istehsal olunan ekoloji təmiz məhsullardan istifadə etməklə milli yeməkləri təqdim etmək, aqroturizm imkanlarının genişləndirilməsi və təşviqidir.

Eyni zamanda Eco Park ekoloji maarifləndirmə, yaşıllaşdırma, ətraf mühitin qorunması və ekoloji balansın yaxşılaşdırılmasında mühüm rol oynayır. Eco Park yerli sakinlər və ziyarətçilər üçün təbiətdə vaxt keçirmək, heyvan və bitkilərlə tanış olmaq imkanı yaradan unikal bir məkandır.

Rayonun Böyük Alatəmir kəndi ərazisində yerləşən “Doctorbio” Qax Eco Parkında meyvə bağı, ictimai-iaşə obyektləri, konsert və tamaşalar üçün səhnə, uşaqlar üçün əyləncə meydançası, maraqlı fauna və flora növləri, həmçinin müxtəlif ölkələrdən gətirilmiş quş növləri mövcuddur.

“Doctorbio” adlı müəssisənin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, qonaqlar, rayon fəalları və ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, gələcəkdə müəssisə tam fəaliyyətə başladıqdan sonra burada 70 nəfər işlə təmin olunacaqdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları