SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Oğuzun kəndlərində kömür quyuları aşkarlandı

Oğuzun kəndlərində kömür quyuları aşkarlandı

  • 29 oktyabr 2025, 22:34
Oğuz

Oğuz rayonunun Şirvanlı və Tayıflı kəndləri ərazisində qanunsuz şəkildə ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yurd.Media-ya bildirilib ki, Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Məlumata görə, qanunsuz fəaliyyətlə məşğul olan dörd nəfər barəsində toplanmış materiallar müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilib.

Aşkarlanmış kömür quyularının fəaliyyəti isə dərhal dayandırılıb.

Skat.az - Ev və Avtomobil elanları