SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Nabranın çimərliyi təmizləndi

Nabranın çimərliyi təmizləndi

  • 31 may 2025, 18:59
Xaçmaz

Yay mövsümünə hazırlıq məqsədi ilə Nabranda yerləşən çimərlik ərazilərində Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təmizlik aksiyası təşkil edilib.

Yurd.Media xəbər verir ki, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, yerli icra nümayəndələri, bələdiyyələr eləcədə gənc könüllülər iştirak ediblər.

İməcilik zamanı sahilyanı ərazilər plastik qabalardan və digər tullantılardan təmizlənib.

Aksiyanın keçirilməsində məqsəd sahilyanı ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Çimərlik mövsümünün başlanmasına az qalmış belə təmizlik aksiyalarının təşkili sakinlər tərəfindən razılıqla qarşılanıb.

Prime Leasing