SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

  • 02 iyun 2025, 09:24
Bakı

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Yurd.Media xəbər verir ki, xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyunun 4-ü gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, dənizdə isə arabir 30 m/s- dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda isə 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Prime Leasing