SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Kəlbəcərdə Anım Gününə həsr olunan ağacəkmə aksiyası

Kəlbəcərdə Anım Gününə həsr olunan ağacəkmə aksiyası

  • 27 sentyabr 2025, 11:41
Kəlbəcər

Kəlbəcər rayonunda 27 sentyabr - Anım Gününə həsr olunan - "Yaşıl irs – əbədi xatirə" ağacəkmə aksiyası keçirilib.

Yurd.Media xəbər verir ki, aksiya çərçivəsində Kəlbəcərin iqliminə uyğun 100 ədəd ağac (qara şam, çinar, birgöz, arizona sərvi və s) əkilib.

Layihənin əsas məqsədi Anım Gününün mahiyyətini gənc nəslə çatdırmaq, şəhidlərin xatirəsini əbədiləşdirmək, onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığı, şücaəti təbliğ etmək və gənclərdə vətənpərvərlik ruhunu gücləndirməkdir.

Qeyd edək ki, ağacəkmə aksiyası Prezidentin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Prime Leasing