Qaradağ rayonu, Lökbatan qəsəbəsi, birinci massiv Vilayət Əsgərov küçəsində zibil qutuları yoxdur.
Yurd.Media xəbər verir ki, sakinlər zibil atmaq üçün uzun yol qət etməli olurlar.
Sakinlər "Atv Xəbər"ə bildiriblər ki, tullantılar gec-gec atıldığından iy-qoxu ətrafı bürüyür:
"Hər gün 300-400 metr məsafə qət edib zibil qablarına çata bilirik. İsti havada bu proses biraz da çətinləşir".
Qaradağ Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Kamal Mirzəyev bildirib ki, problemdən xəbərdardırlar, lakin bunun yaranmasında sakinlərin də məsuliyyəti var:
"Sakinlər zibil pulu ödəmirlər. Evlərinin yaxınlığına tullantı qabları qoyulduğu üçün bəzi sakinlər qutuları yandırdı, yararsız hala saldı. Buna uyğun olaraq, zibil qablarını uzaqda yerləşdirdik".