SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Həftəsonunadək hava şəraiti dəyişilməyəcək

Həftəsonunadək hava şəraiti dəyişilməyəcək

  • 16 iyul 2025, 16:34

Həftə sonunadək gözlənilən hava açıqlanıb.

Yurd.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-şərq küləyi ilə əvəz olunacaq. Atmosfer təzyiqi tədricən yüksəlsə də, temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38, bəzi yerlərdə 40 dərəcəyə yaxın, Naxçıvan MR, eyni zamanda Aran rayonlarında 36-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.

Prime Leasing