SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Həftənin ilk iş gününə gözlənilən hava şəraiti açıqlanıb

Həftənin ilk iş gününə gözlənilən hava şəraiti açıqlanıb

  • 20 iyul 2025, 13:14

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° olacaq.

Prime Leasing