SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Gəncədə külək 5 iri ağacı aşırdı - VİDEO

Gəncədə külək 5 iri ağacı aşırdı - VİDEO

Gəncə

İyunun 16-sından başlayan külək Gəncədə iri gövdəli ağacların aşmasına səbəb olub.

Yurd.Media xəbər verir ki, sürəti 20 metr/saniyədən çox olan külək şəhər ərazisində 5 iri gövdəli ağacı aşırıb.

Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, qırılan ağaclar piyadaların və avtomobillərin hərəkətində çətinliklər yaradıb.

 “8-9 radələrində səsə çıxdım, gördüm ki, ağac evin üstünə aşıb. Bu, qoca ağac idi, artıq bir tərəfi qurumuşdu, yəni bu da səbəblərdən biridir. Yol kənarındadır, adamlar gedib-gəlir, orada qaz xətti, elektrik xətti keçir”, - sakinlərdən biri Baku TV-yə bildirib.

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İctimai Birliyinin işçiləri tərəfindən küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

MKTİB-in rəis müavini İlqar Əsədov bildirib ki, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İctimai Birliyinin Yaşıllaşdırma Şöbəsinin balansında olan yaşıllıq zonasına müəyyən ziyan dəyib. 5 ünvanda iri gövdəli ağaclar aşıb. Səkilərdə və prospektlərdə sakinlərin və avtomobillərin hərəkətinə maneə yaranıb. Bu fəsadlar 4 ünvanda müəyyən qədər aradan qaldırılıb. Hazırda Nəriman Nərimanov 127 ünvanında da fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, şəhərdə elektrik, qaz və digər kommunal xidmətlərin göstərilməsində fasilələr yaranmayıb. Şəhər təsərrüfatına və sakinlərə dəyən zərər araşdırılır.

Prime Leasing