SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Fahrettin və Yaşar Canın şirniyyat istehsalı şirkəti tullantıları gölə axıdır

Fahrettin və Yaşar Canın şirniyyat istehsalı şirkəti tullantıları gölə axıdır

  • 06 yanvar 2026, 14:39

Azərbaycanda şirniyyat istehsalı ilə məşğul olan şirkətin tullantıları gölə axıtdığı müəyyənləşib.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun 14-cü kilometrliyində fəaliyyət göstərən “CAN-PA” MMC-də istehsalatda və məişətdə formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinib.

Şirkət formalaşan tullantı sularının xüsusi çəkilmiş boru ilə heç bir tənzimləmə prosesindən keçmədən birbaşa Daşagil gölünə axıdıb.

Bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumu tərəfindən keçirilən monitorinq zamanı üzə çıxıb.

Şirkət barədə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmə “CAN-PA”nı 7500 manat məbləğində inzibati qaydada cərimələyib.

Qeyd edək ki, “Can-Pa” şirniyyat şirkəti 2003-cü ildə dövlət qeydiyyatına alınıb, Azərbaycanda şirniyyat istehsalı ilə məşğuldur. Şirkətin nizamnamə kapitalı 750 000 dollar, şirkətin təsisçisi Fahrettin Can, qanuni təmsilçisi isə Yaşar Candır. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları