Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “Okean” şadlıq sarayına cərimə yazılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən şadlıq sarayında aparılan yoxlama zamanı müəyyən edilib ki, şadlıq sarayının fəaliyyəti nəticəsində formalaşan tullantılar qaz-toz tutucu qurğudan keçmədən ətraf mühitə buraxılıb.
Şadlıq sarayının rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə protokol yazılıb və 3600 manat cərimə olunub.
Lakin, Qəbələ Rayon Məhkəməsinin qərarı ilə nazirliyin inzibati protokolu ləğv olunub və inzibati icraata xitam verilib.
Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti versə də Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.