SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Rayonlara yağış yağıb, 3 dərəcə şaxta olub - FAKTİKİ HAVA

Rayonlara yağış yağıb, 3 dərəcə şaxta olub - FAKTİKİ HAVA

  • 30 aprel 2025, 10:06

Aprelin 30-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Yurd.Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib.

Düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 7, Göygöl, Astara, Daşkəsən, eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Gədəbəy, Şahbuz, Şəki, Yardımlı, Qax, Oğuz, Qəbələ, Qobustan, Altıağac, Xaltan, Göyçay, Ağdam, İmişli, Sabirabad, Neftçala, Zaqatala, İsmayıllı, Balakən, Culfa, Biləsuvar, Cəlilabad, Ordubad, Tovuz, Ağstafa və Naxçıvanda 3 mm-dək olub.

Qax, Şəki, Qusar, Daşkəsən, Göygöl, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 9, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

Prime Leasing