SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

  • 15 avqust 2026, 17:59

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya bildirilib ki, bununla bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, Gəncə, Tovuz, Şəmkir, Samux, Qazax, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Goranboy, Naftalan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək təşkil edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları