Bakı-Quba yolunun bir hissəsi BAĞLANDI

Bakı-Quba yolunun bir hissəsi BAĞLANDI

  • 16 aprel 2025, 22:18
Xızı

Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsi aramsız yağış səbəbindən bağlanıb.

Yurd.Media “Report”a istinadən verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.

Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.

Problem səhər saatlarından davam edir.