SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycanda su qıtlığı gözlənilir?- VİDEO

Azərbaycanda su qıtlığı gözlənilir?- VİDEO

Qlobal istiləşmə və su qıtlığı ilə bağlı narahatlıqlar dünya miqyasında artmaqda davam edir.

Yurd.Media xəbər verir ki, Coğrafiya institunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov məsələ ilə bağlı ATV-yə açıqlamasında bildirib ki, bu gün müşahidə olunan iqlim dəyişiklikləri keçmişdə alimlərin xəbərdarlıqlarına qulaq asılmamasının nəticəsidir.

"Temperaturun 1,2–1,4 dərəcə artması alimlərin vaxtında səsləndirdiyi siqnalların dövlətlər tərəfindən nəzərə alınmaması ilə bağlıdır. Təəssüf ki, dünyanın bu vəziyyətə düşməsinin əsas səbəblərindən biri də budur", – deyə o qeyd edib.

Azərbaycanda su ehtiyatlarının vəziyyətinə toxunan R.Mahmudov bildirib ki, ölkə Qafqaz regionunda su ehtiyatlarının 15%-nə sahibdir. Bu göstərici Azərbaycanın su təminatı baxımından üstün mövqedə olduğunu göstərsə də, su resurslarının düzgün və səmərəli idarə olunması hələ də aktual məsələ olaraq qalır.

"Yeni su anbarlarının tikilməsi və mövcud ehtiyatlardan optimal istifadə ölkənin su təhlükəsizliyini təmin etmək üçün əsas addımlardandır. Cəmiyyətin maarifləndirilməsi və düzgün idarəetmə rejiminin tətbiqi isə bu sahədə uğurun əsas açarına çevrilə bilər", – deyə o vurğulayıb.

Prime Leasing