SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Olimpiya mərkəzləri biznes kimi idarə olunmalıdır - VİDEO

"Olimpiya mərkəzləri biznes kimi idarə olunmalıdır" - VİDEO

Günümüzdə müzakirə edilən əsas məsələlərdən biri də olimpiya mərkəzlərinin idarəsində problemlərin olmasıdır.

Deputat Razi Nurullayev Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib ki, olimpiya mərkəzlərinin biznes kimi fəaliyyət göstərməsi düzgün olardı:

"Olimpiya mərkəzləri yaranır, bir çoxları neçə dəfə təmir olunur. Amma içərisinə daxil olanda görürsən ki, sıradan çxıblar. Yenidən dövlət pul ayırır, amma sonunda eyni vəziyyət yaranır. Əslində onlar bir biznes kimi fəaliyyət göstərməlidirlər. Amma insanlar rayonda bir sıra səbəblərə görə idmanla məşğul olmurlar, həm də bizim xalqımız daha çox yeyib-içməyə meyillidir.  Buna görə də olimpiya mərkəzləri işləyə, pul qazana  bilmirlər.  Problemi kökündən həll etmək lazımdır. Yəni öz idarələrini bacarmalıdırlar ki, ayaqda qalsınlar". 

Həmçinin, Razi Nurullayev hər bir məsələdə dövlətin büdcə ayırmamalı olduğunu bildirib:

"Dövlət olimpiya mərkəzləri, muzeylər və bu kimi yerlərə daim pul ayırmalı deyil. Bu sahəyə sosial layihə kimi yanaşılmamalıdır. Sosial layihə yaşlılar evi, valideyndən məhrum uşaqlar, əlillər üçün olmalıdır. Dövlət bu insanların qayğısına qalmalıdır".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları