SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Emin Ağalarovun daşınmaz əmlak şirkəti dövlət qeydiyyatına alındı

Emin Ağalarovun daşınmaz əmlak şirkəti dövlət qeydiyyatına alındı

  • 05 avqust 2025, 22:13
Bakı

Azərbaycanda “Sea Breeze Real Estate” MMC dövlət qeydiyyatına alınıb.

Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində bildirilir.

Məlumata əsasən, yeni kommersiya qurumu “Sea Breeze” istirahət mərkəzinin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu, 32X ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə "Sea Breeze"in satış direktoru Ena-Kameliya Məlikovadır.

Xatırladaq ki, “Sea Breeze”in sahibi məşhur iş adamı Emin Ağalarovdur.

Prime Leasing