Səfərini yarıda qoyub ölkəsinə qayıdır

Səfərini yarıda qoyub ölkəsinə qayıdır

  • 24 aprel 2025, 12:44

Ukrayna Prezidenti Volodimir Zelenski CAR-a səfərini yarıda qoyaraq ölkəsinə qayıtmağa qərar verib.

Yurd.Media-nın məlumatına görə, bu barədə məlumatı Zelenski öz "Telegram" kanalında açıqlayıb.

Bildirilib ki, buna səbəb Rusiya ordusunun ötən gecə paytaxt Kiyevi raket atəşinə tutması olub.

Onun sözlərinə görə, hücum nəticəsində çox sayda dağıntı qeydə alınıb, hazırda xilasetmə əməliyyatı davam etdirilir.

Zelenski qeyd edib ki, CAR Prezidenti Siril Ramafosunu vəziyyətlə bağlı məlumatlandıracaq: “Bu səfərin proqramının bir hissəsini təxirə salıram və CAR prezidenti ilə görüşdən dərhal sonra Ukraynaya qayıdıram”.