SÜJET
Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepr şəhərinə kütləvi dron hücumu həyata keçirib.
Yur.Media xəbər verir ki, Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidmətinin məlumatına görə, hücum nəticəsində üç nəfər ölüb, 28 nəfər yaralanıb. Ölənlərdən birinin yaralananlardan isə dördünün körpə olduğu bildirilir.
Hücum nəticəsində şəhərdə bir neçə yanğın olub. Ümumilikdə 15 binaya, o cümlədən tələbə yataqxanası, təhsil və qida müəssisələrinin binalarına ziyan dəydiyini açıqlanıb.
Yerli mətbuatın məlumatına görə, şəhərdə təxminən 20 dəqiqə ərzində ondan çox partlayış baş verib. Hücumdan sonra Dneprin bəzi ərazilərində elektrik enerjisi ilə bağlı problemlər yaranıb.
Ötən axşam Rusiya ordusu Xarkov vilayətinin İzyum şəhərinə də zərbə endirib. Atəş nəticəsində iki böyük – 35 yaşlı kişi və 32 yaşlı qadın xəsarət alıb və xəstəxanaya yerləşdirilib.