SÜJET
Həcc ziyarəti üçün ayrılan kvota dolub.
Bu barədə Yurd.Media-ya QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri dolub.
Qeyd edək ki, Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i, ikinci qrup isə 26-ı Məkkəyə yola düşəcəklər.