SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
ABŞ İtaliya makaronlarına qarşı hücuma keçib

ABŞ İtaliya makaronlarına qarşı "hücuma keçib"

  • 06 oktyabr 2025, 21:39

ABŞ-ın Ticarət Departamenti İtaliya istehsalı olan makaronlara 92%-ə yaxın əlavə idxal rüsumu tətbiq etməyə qərar verib.

Yurd.Media xəbər verir ki, okeanın o tayında hesab edirlər ki, italyan şirkətləri Amerikada makaron məmulatlarını maya dəyərindən də aşağı satır və bununla da yerli istehsalçıları sıradan çıxarmağa çalışırlar.

Avropalılar bu iddialarıa razılaşmırlar. Beləliklə, 2026-cı ildən onsuz da digər Avropa şirkətəri ilə birlikdə 15% gömrük rüsumu ödəməli olan İtaliyanın makaron istehsalçıları əlavə rüsumu da ödəməli olsalar, onların yükü 107%-ə çatacaq.

İtaliyanın ən böyük kənd təsərrüfatı təşkilatı, Avropada nüfuzu ilə seçilər “Coldiretti” əlavə tariflərin makaron istehsalçıları üçün “ölüm zərbəsi” olacağı və eyni zamanda Amerika istehlakçıları üçün qiymətləri artıracağı barədə xəbərdarlıq edib.

“Coldiretti”nin prezidenti Ettore Prandini bildirib ki, Amerikanın dempinqlə bağlı ittihamları qəbuledilməzdir və Donald Trampın istehsalı ABŞ-a köçürmək planına kömək edir.

Danışıqlar müsbət nəticə verməsə, məsələ Ümumdünya Ticarət Təşkilatı səviyyəsinə qalxa bilər.

Prime Leasing
SPE Annual Caspian