SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
18 meksikalı İrandan Azərbaycan vasitəsilə təxliyə edilib

18 meksikalı İrandan Azərbaycan vasitəsilə təxliyə edilib

  • 18 iyun 2025, 16:00

Meksika vətəndaşları Azərbaycan vasitəsi ilə İrandan təxliyə ediliblər.

Yurd.Media-nın məlumatına görə, Oxu.Az "Elpais" portalına istinadən xəbər verir ki, məlumatı Meksika Xarici İşlər Nazirliyi təsdiq edib.

Meksika XİN-dən bildirilib ki, 18 meksikalı "Astara" sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olub.

"Meksikanın Tehran şəhərində yerləşən səfirliyinin əməkdaşları öz fəaliyyətini davam etdirilər", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsinə dair müraciət ediblər.

Prime Leasing