SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Dünyanın 33 ölkəsinin 231 nüfuzlu ali təhsil ocağında təhsil almaq imkanı yaradıldı

Dünyanın 33 ölkəsinin 231 nüfuzlu ali təhsil ocağında təhsil almaq imkanı yaradıldı

  • 12 yanvar 2026, 21:03

Dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.

Elm və Təhsil Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Prezidentinin müvafiq Sərəncamına əsasən təsdiq olunmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.

Dövlət Proqramı üzrə illik kvota 500 nəfər təşkil edir. Bu kvota çərçivəsində rəqabət mühitinin tənzimlənməsi məqsədilə müraciət sayından asılı olaraq prioritet ixtisas istiqamətləri üzrə keçid balları tətbiq edilə bilər.

Xüsusi olaraq qeyd edək ki, Dövlət Proqramının 15 prioritet ixtisas sahəsi ilə yanaşı, "Mədəniyyət və incəsənət" sahəsi üzrə də bu il imkanlar genişləndirilib. Belə ki, ötən illə müqayisədə bu istiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali təhsil müəssisələrinin sayı artırılıb.

Nəzərinizə çatdıraq ki, beynəlxalq reytinq sistemlərində ilk 10-luqda yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün siyahının üzərindəki qeydlərə diqqət etməyinizi xahiş edirik.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları