SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bu dərs ləvazimatları xüsusilə bahalaşıb - VİDEO

Bu dərs ləvazimatları xüsusilə bahalaşıb - VİDEO

Yeni tədris ilinin başlamasına az qalıb və valideynlər alış-veriş mərkəzlərinə üz tutmağa başlayıblar.

Yurd.Media xəbər verir ki, hazırda dərs ləvazimatları ilə bağlı qiymətlərdəki artım alıcıları narahat edir. Bir ailədən bir neçə məktəblinin olması məsələni daha da qəlizləşdirir. 

Alıcılar "Atv Xəbər"ə açıqlamasında ildən-ilə artan qiymətlərdən gileyləniblər:

"Ötən il çantanı 25 manata almışdıq, bu il isə daha bahadır. Dərs ləvazimatları ilə yanaşı məktəbli geyimləri də bahadır. 2 uşağın geyimləri ilə birlikdə 500 manatdan çox pul xərcləmişdik", - alıcılar deyiblər. 

Satıcılar da bildiriblər ki, bu bil məktəbli ləvazimatlarının qiymətlərində 3-5 manat artım müşahidə olunur. 

"Ən çox bahalaşan məhsullar çantalar, karandaşlar və dəftərlərdir. Ötən il 20 manata olan çanta bu il 25-ə təklif olunur. Ən sadə rəngli karandaşlar 1.80 azn-ə satılır", - deyə satıcılar bildiriblər. 

Daha ətraflı süjetdə:

Prime Leasing