Gənclərin səsgücləndirici MARAĞI: Cəriməsi varmı?

Gənclərin səsgücləndirici MARAĞI: Cəriməsi varmı?

  • 02 may 2025, 00:02

Gənclərin gündən-günə artan səsgücləndirici maraqları müşahidə olunur. Bəzi avtomobillərin səsboğucu hissəsinə müxtəlif avadanlıqlar əlavə edilir və maşınların səsi süni şəkildə artırılır.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, hətta bu cür dəyişiklikləri nümayişkəranə şəkildə sosial şəbəkələrdə paylaşanlar da var.

Bəs bu məsələ qanunla necə tənzimlənir?

Usta Vüsal Qafarov bildirib ki, bu proses müəyyən qaydalar əsasında həyata keçirilir. Qiymətlər isə 100-500 manat arasında dəyişir. Qiymətlərin aşağı və yüksək olması mühərriklərdən asılıdır.

Ustanın sözlərinə görə, səsgücləndirici yerləşdirilərkən bəzi nüanslara diqqət yetirmək lazımdır.

Qeyd edək ki, bununla bağlı qanunvericilikdə müəyyən standartlar da mövcuddur.

Ətraflı süjetdə: