Bakı şəhərinin sakinləri və qonaqları fəvvarələrin işləməməsindən gileylənirlər.
Yurd.Media xəbər verir ki, sakinlər fəvvarələrdə texniki problem olduğu üçün işləmədiyini düşünürlər.
Bakı şəhərinin Fəvvarələrin İstismarı İdarəsi və Bakı abadlıq MMC-dən "İTV"yə verilən məlumata görə, fəvvarələrin istismarı xüsusi qrafiklə səhər və axşam saatlarında həyata keçirilir. Həmçinin, fəvvarələrin mühərrik və elektron hissələri daim yeniləndiyindən fasilə üçün zərurət yaranır. Bu səbəbdən fasilələr verilərək texniki vəziyyətləri qaydasına saldıqdan sonra yenidən istismara verilir.