Bakıda 9 marşrut üzrə avtobusların hərəkətində ləngimələr var.
Yurd.Media xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Binəqədi şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar 41, 45, 100, 108A, 108B, 123, 133, 147 və 165 nömrəli marşrut avtobuslarının hərəkət intervallarında ləngimələr müşahidə edilir.