SÜJET
Gəncədə küçədə ağır xəsarətlər alan gənc oğlan vəfat edib.
Yurd.Media xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, 2007-ci il təvəllüdlü E.İbrahimov şəhərin E.Xəlilov küçəsində aşkarlanıb və o, dərhal xəstəxanaya aparılıb.
18 yaşlı Elgün İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri, ağır kəllə-beyin travması ilə xəstəxanaya qəbul olunaraq dərhal ilkin tibbi yardım göstərilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı nəfəs çatışmazlığından dünyasını dəyişib.
İlkin ehtimala görə, E.İbrahimov döyülərək ağır xəsarətlər alıb. Onun üzərində hər hansı kəsici deşici və ya güllə izləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
***09:16
Gəncədə 18 yaşlı gənc oğlan naməlum şəraitdə ağır xəsarət alıb.
Yurd.Media xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 2007-ci il təvəllüdlü Elgün İbrahimov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Dərhal gənc oğlana xəstəxanada tibbi yardım göstərilib. O, reanimasiya şöbəsinə yerləşdirilib. E. İbrahimovun vəziyyətinin ağır olduğu bildirilir. Onun hansı səbəbdən ağır xəsarət alması hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.