SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Zəngəzur dəhlizində işlərin yekunlaşacağı vaxt AÇIQLANDI

Zəngəzur dəhlizində işlərin yekunlaşacağı vaxt AÇIQLANDI

  • 26 noyabr 2025, 23:08

Zəngəzur dəhlizində işlərin yekunlaşacağı vaxt açıqlanıb.

Yurd.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun sözlərinə görə,  Zəngəzur dəhlizində işlər 2030-cu ildə başa çatacaq.

O bildirib ki, Azərbaycan tərəfi Naxçıvan tərəfindəki dəmiryollarını təmir edir və onu Ermənistan sərhədinə qədər çatdıracaq.

Nazir həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin Horadizdən Bakıya qədər olan yol hissəsində tikinti işləri artıq tamamlanıb. Onun sözlərinə görə, ümumilikdə isə Zəngəzur dəhlizində işlərin 2030-cu ildə başa çatacağı gözlənilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları