SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Zəhərlənmələrin STATİSTİKASI: 32 kişi və 14 qadın ölüb

Zəhərlənmələrin STATİSTİKASI: 32 kişi və 14 qadın ölüb

  • 07 yanvar 2026, 09:26

2025-ci ildə aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, zəhərlənmə ilə müraciət etmiş 46 nəfərin (32 kişi və 14 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Yurd.Media-ya  Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Ümumilikdə ötən il ərzində zəhərlənmə səbəbilə KTM Toksikologiya şöbəsinə 1188 nəfər qəbul edilib.

Bildirilib ki, 1142 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Onlardan 495 nəfəri dərman preparatlarından, biri siçan dərmanından (rodentisid), biri həşərat dərmanından, 352 nəfəri isə sirkə turşusundan zəhərlənib.

Bununla yanaşı 8 nəfəri həlledici məhlullardan, 12 nəfəri yandırıcı məhlullardan, biri kimyəvi məhlullardan, 65-ü allergik reaksiyalardan, 40-ü fosfor üzvi birləşmələrindən, 18-i anafilaktik şokdan, 13-ü tüstüdən, 66-sı dəm qazından, 78 nəfəri ilan sancmasından, 1 nəfəri neft məhlulundan, 5 nəfəri yabani bitkilərdən, 6 nəfəri həşərat dişləməsindən, 22 nəfəri spirtli içkilərdən,4 nəfəri isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları