SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Zaxarova Azərbaycana təşəkkür edib

Zaxarova Azərbaycana təşəkkür edib

  • 19 iyun 2025, 15:12

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana təşəkkür edib.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü bu gün Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirdiyi brifinqdə bildirib.

Zaxarova İsrail-İran münaqişəsinin ilk günlərində İranda olan Rusiya vətəndaşlarının təxliyəsini təşkil etdiyinə görə Azərbaycana təşəkkür edib: "Azərbaycanlı tərəfdaşlarımıza xüsusilə eskalasiyanın ilk günlərində göstərdiyi köməyə görə səmimi təşəkkür edirəm. Bakı ilə logistik xarakterli bütün təşkilati məsələləri operativ şəkildə həll edirik. Bu günə kimi İran-Azərbaycan sərhədindəki Astara nəzarət buraxılış məntəqəsindən 500-dən çox Rusiya vətəndaşı keçib. Onlar Azərbaycan torpağındakı qonaqpərvərliyi, dəstəyi xüsusi qeyd edirlər".

Prime Leasing