SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Zakir Fərəcov qadın iş adamından aldığı güllərin həcmini 2 dəfə artırdı

Zakir Fərəcov qadın iş adamından aldığı güllərin həcmini 2 dəfə artırdı

  • 08 iyul 2026, 20:27
Sumqayıt

Sumqayıt İcra Hakimiyyəti aldığı güllərin həcmini 2 dəfə artırır.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti fərdi sahibkar Bağırova Nigar Rauf qızı ilə satınalma müqaviləsi bağlayacaq. 

Nigar Bağırova qurumun Sumqayıt Bulvarı ərazisi üçün qazon və güllərin satın alınması ilə əlaqədar müsabiqənin qalibi seçilib. 

İcra Hakimiyyəti ilə sahibkar arasında bağıanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 280 000 manatdır. 

Qurum bu məbləğə qızılgül, sarmaşıq qızıl gül, papatya, viola, begoniya, ivan mariya, primula gül, geran, tagetes erecta (sarı), tagetes erecta (narıncı), xrizantema (payızgülü), osteospermum asti (qarışıq), dahlia fresco (qarışıq), qazaniya (qarışıq), zinnia (qarışıq) və qazon (enli yarpaq) almağı planlaşdırır.

Sumqayıt İcra Hakimiyyəti demək olar ki, hər il Nigar Bağırovadan gül və qazon alır. Sahibkar ötən il icra hakimiyyətinin xətti ilə 145 550 manatlıq, 2024-cü ildə isə 130 700 manatlıq sifariş alıb. 

Açıq mənbələrdə Nigar Bağırova haqqında heç bir məlumata rast gəlinmir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları