SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Yurd.Media əməkdaşı “Kreativ Media – Bakı” müsabiqəsinin qalibi olub

Yurd.Media əməkdaşı “Kreativ Media – Bakı” müsabiqəsinin qalibi olub

  • 24 dekabr 2025, 14:17

Yurd.Media əməkdaşı Gövhər Mərdanova “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən müsabiqənin qalibi olub.

“AzerGold” QSC və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə  “Kreativ Media – Bakı” məzmun müsabiqəsi çərçivəsində “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Dağ-mədən sənayesi üzrə etibarlı məlumatlandırma” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzularında hazırlanan məqalələr dəyərləndirilib.

Mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin müvafiq departament direktoru Ləman İsgəndərova media sahəsində peşəkar və müasir tələblərə cavab verən kadrların hazırlanmasının vacibliyini vurğulayıb.

“AzerGold” QSC-nin müşaviri Leyla Sadıxova isə müsabiqənin media savadlılığının təşviqi və dezinformasiyaya qarşı mübarizədə gənclərin rolunun gücləndirilməsi baxımından əhəmiyyət daşıdığını bildirib.

Tədbir çərçivəsində Bakı Dövlət Universitetinin dosenti Könül Niftəliyeva tərəfindən qısa təlim keçirilib.

Sonda qaliblər mükafatlandırılıb və sertifikatlarla təltif olunublar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları