Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var.
Yurd.Media xəbər verir ki, Yevlax şəhərində yaşlı kişini və nəvəsini avtomobil vurub.
Hər ikisi xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq az yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Babasının vəziyyəti isə ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.