SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Yevlaxda abadlıq-quruculuq işləri - FOTO

Yevlaxda abadlıq-quruculuq işləri - FOTO

Yevlax

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərdə abadlıq-quruculuq işləri görülüb.

Yurd.Media xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin simasının müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və sakinlərin, eləcə də qonaqların rahatlığının təmin edilməsi məqsədilə abadlıq və quruculuq işləri davam etdirilir.

Həyata keçirilən tədbirlər nəticəsində şəhərin Nizami prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Füzuli küçəsi ilə kəsiməsinədək olan hissəsində köhnəlmiş, istifadəyə yararsız səki örtükləri və beton səki daşları sökülərək yeniləri ilə əvəz olunub, əlilliyi olan şəxslərin, yaşlı insanların, eləcə də uşaq arabası ilə hərəkət edən valideynlərin istifadəsi üçün panduslar quraşdırılıb. Eyni zamanda ərazidə abadlıq işləri həyata keçirilib, səkilərlə yanaşı ətraf mühitin səliqəyə salınıb, yaşıllaşdırma tədbirləri görülərək əraziyə yeni ağac və dekorativ bitkilər əkilib, səki kənarları bərpa olunub, drenaj sistemləri yenilənir. Həyata keçirilən abadlıq-quruculuq işləri piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, prospektin ümumi görünüşünə də müsbət təsir göstərib, Nizami prospekti daha müasir görkəm alıb.

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhər ərazisində abadlıq-quruculuq işləri davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları