SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Yataqxanalardan doğma yurda: Daha 44 ailə köçdü

Yataqxanalardan doğma yurda: Daha 44 ailə köçdü

  • 25 iyun 2026, 13:27
Ağdərə

Müxtəlif bölgələrdə, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış daha 44 ailə doğma yurda köçüb.

Bugün də Xankəndi şəhərinə, Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Yurd.Media-ya bildirilib ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə olmaqla 34 nəfər, Xocalı rayonunun Ballıca kəndinə 2 ailə - 7 nəfər, Badara kəndinə 2 ailə - 5 nəfər, Xanabad kəndinə 2 ailə - 5 nəfər köçürülüb.

Eyni zamanda, Ağdərə rayonunun Həsənriz kəndinə 53 nəfərdən ibarət 13 ailə, Çıldıran kəndinə 13 ailə olmaqla 53 nəfər, Vəngli kəndinə isə 4 ailə - 23 nəfər köç edib.

Doğma yurdlarına qayıdan sakinlər yaşayış məntəqələrində qarşılanaraq yeni mənzillərinin açarlarını təhvil alıblar. Köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlar olublar.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları