SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Yad sözlər dilin saflığını pozur – dilçilərdən XƏBƏRDARLIQ - VİDEO

Yad sözlər dilin saflığını pozur – dilçilərdən XƏBƏRDARLIQ - VİDEO

“Adapter”, “kulok”, “şpülka” kimi sözlər artıq gündəlik danışığımızda işlənir. Yurd.Media xəbər verir ki, mütəxəssislər bildirir ki, yad sözlərin çoxalması Azərbaycan dilinin təmizliyinə təhlükə yaradır.

Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Linqvistik şöbəsinin müdiri Sevinc Əliyeva "ATV Xəbər"ə deyir ki, uğurlu söz yalnız mənaca deyil, səsləniş baxımından da qəbul olunan olmalıdır. “Bir vaxtlar ‘fortoçka’ sözünü ‘nəfəslik’ ifadəsi əvəz etdi və uğurlu oldu. Amma ‘plavki’, ‘şpilka’, ‘qadın sürücü’ kimi sözlər üçün təklif olunan ‘geyçim’, ‘sürane’, ‘ipəzor’ kimi variantlar isə dilə oturmadı,” – deyə alim qeyd edib.

Onun sözlərinə görə, yeni söz təklif edilərkən əsas məqsəd onu gülüş doğurmadan, mənasına və səslənməsinə görə xalq tərəfindən qəbul edilə biləcək formada yaratmaqdır. 

 Dilimizdə yeni sözlərin yaranmasında təkcə dilçilər yox, yazıçılar və şairlər də mühüm rol oynayır. Səməd Vurğun, Rəsul Rza, İsmayıl Şıxlı kimi ədiblər vaxtilə dilimizə çoxsaylı uğurlu yeni sözlər bəxş ediblər.

Prime Leasing
SPE Annual Caspian