SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Xırdalanda “AAAF Park” sakinləri 10 ildir çıxarış ala bilmirlər - VİDEO

Xırdalanda “AAAF Park” sakinləri 10 ildir çıxarış ala bilmirlər - VİDEO

"AAAF Park" yaşayış kompleksində yaşayan 300-dən çox ailə mənzillərinə çıxarış ala bilmir.

Yurd.Media xəbər verir ki, kompleksin 19 saylı küçəsində yaşayan 300-dən çox ailə mülkiyyət hüquqlarının rəsmi şəkildə tanınmaması səbəbindən bir çox hüquqi xidmətlərdən istifadə edə bilmir.

Sakinlər "Xəzər Xəbər"ə bildiriblər ki, müraciətinə görə, yeni mənzil alsalar da, artıq 3 ildən çoxdur ki, nə çıxarış verilib, nə də yaşayış şəraiti tam təmin olunub. Binanın həyəti asfaltlanmayıb, liftlər işləmir, su problemi mövcuddur və ərazidə zibil qutuları belə yoxdur.

Ərazidə çəkiliş aparan jurnalistlərə açıqlama verən binanın komendantı isə qeyd edib ki, bina hələ rəsmi şəkildə istifadəyə verilməyib:

“Yaşayış var, amma binaya qaz çəkildikdən və müəyyən işlər görüldükdən sonra çıxarış problemi də həll ediləcək”.

Kompleksin rəhbərliyindən də bildirilib ki, mənzillərə çıxarış verilməsi üçün aidiyyəti quruma müraciət olunacaq.

Prime Leasing