SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Uşaqlar arasında telefon asılılığı artır – Psixoloqdan XƏBƏRDARLIQ

Uşaqlar arasında telefon asılılığı artır – Psixoloqdan XƏBƏRDARLIQ

Son illərdə uşaqlar və yeniyetmələr arasında mobil telefon və internet oyunlarına maraq sürətlə artıb.
 
Yurd.Media xəbər verir ki, valideynlər övladlarını telefon və planşetlərdən uzaqlaşdırmağın getdikcə çətinləşdiyini deyirlər.

Onların fikrincə, əsas məsələ cihazları tam qadağan etmək yox, düzgün nəzarət və vaxt bölgüsünü tənzimləməkdir:

“Dəyməsən uşağa, 3-4 saat telefondan ayrılmır. Dərslərdən geri qalır, diqqətini toplaya bilmir.”
“Hər gün eyni sözü deyirik, amma yenə də oyun oynayırlar. Dərslərinə maraq azalır.”

Xüsusilə şiddət yönümlü oyunlar uşaqlarda daha güclü asılılıq yaradır.

"Xəzər Xəbər"ə müsahibəsində psixoloq Qətibə Abdullayeva bildirir ki, bu cür oyunlar qalib gəlmək hissi vasitəsilə beyində dopamin ifrazını artırır və təkrar oynamaq istəyini gücləndirir.

“Valideynlər çox zaman uşaqlarını sakitləşdirmək üçün onlara telefon verirlər. Nəticədə uşaq real dünyadan uzaqlaşır, sosial təcrid, diqqət dağınıqlığı və aqressiv davranışlar yaranır.”

Mütəxəssis əlavə edib ki, uzunmüddətli oyun asılılığı yuxu pozğunluğu, görmə zəifliyi, fiziki passivlik və sosial bacarıqların geriləməsinə səbəb olur.

Psixoloqun sözlərinə görə, problemin qarşısını almağın əsas yolu uşaqlarla açıq ünsiyyət qurmaq, onları aktiv məşğuliyyətlərə cəlb etmək və texnologiya istifadəsində ailə nəzarəti qaydaları müəyyənləşdirməkdir:

 “Telefonu cəza və ya mükafat vasitəsi kimi yox, məqsədli şəkildə istifadə etməyi öyrətmək lazımdır. Texnologiyanı tam qadağan etmək mümkün deyil, amma onunla düzgün münasibət qurmaq mümkündür.”

Telefon və internet asılılığı ilə mübarizədə əsas məsuliyyət ailənin üzərinə düşür. Valideynlər övladlarına texnologiyadan düzgün istifadə qaydalarını öyrətməli, onlarla birgə vaxt keçirməyə, sosial fəaliyyətlərə və idmana üstünlük verməlidirlər. Əks halda bu vərdişlər gələcəkdə uşaqların psixoloji və sosial inkişafına ciddi təsir göstərə bilər.

Prime Leasing
SPE Annual Caspian