SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Ulu Öndərin fiziki məhdudiyyətli gənc rəssamla səmimi söhbəti - VİDEO

Ulu Öndərin fiziki məhdudiyyətli gənc rəssamla səmimi söhbəti - VİDEO

  • 15 iyun 2026, 12:18

Ulu Öndər Heydər Əliyevin fiziki məhdudiyyətli gənc rəssamla səmimi söhbəti böyük marağa səbəb olub.

Yurd.Media xəbər verir ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevnin nadir arxiv görüntüləri sosial şəbəkələrdə gündəmə gəlib.

Yayılan kadrda Heydər Əliyevin iştirak etdiyi rəsm sərgisində fiziki məhdudiyyətli gənc rəssamla səmimi söhbəti əks olunub. Görüntülərdə Ümummilli Liderin gəncin yaradıcılığı ilə yaxından maraqlandığı və onun müraciətini diqqətlə dinlədiyi görünür.

Arxiv kadrlarında gənc rəssamın xahişini nəzərə alan Heydər Əliyevin həmin vaxt tədbirdə iştirak edən Bakı şəhərinin rəhbərliyinə məsələ ilə bağlı müvafiq tapşırıq verdiyi də yer alıb.

Səmimi dialoq və göstərilən diqqət izləyicilərin marağına səbəb olub. Sosial şəbəkə istifadəçiləri görüntüləri geniş şəkildə paylaşaraq həmin anların xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Nadir kadrlar qısa müddətdə böyük maraq toplayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları