SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Türkiyəli blogerin Kontak Homeda problemi ilə bağlı rəsmi qurumlar hərəkətə keçdi

Türkiyəli blogerin "Kontak Home"da problemi ilə bağlı rəsmi qurumlar hərəkətə keçdi

Türkiyəli bloger "Kontakt Home" mağazasından aldığı telefonlar bağlı qarşılaşdığı problemlə bağlı rəsmi qurumlar hərəkətə keçib.

Yurd.Media xəbər verir ki, sosial şəbəkələrdə şikayətini yayımlayan Türkiyə vətəndaşı Gulara Aliyeva ayın 18-də "Kontakt Home" mağazasından “iPhone 17 Pro Max” modelli mobil telefon aldığını, lakin cihazda texniki problemlər aşkarlandığını iddia edib.

Onun sözlərinə görə, istehlakçı hüquqlarına əsasən məhsulun 14 gün ərzində geri qaytarılması hüququ olsa da, buna nail ola bilmir.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı dəfələrlə mağaza rəhbərliyi və səlahiyyətli şəxslərlə əlaqə saxlamağa cəhd edib, lakin hər hansı rəsmi cavab ala bilməyib. Bu səbəbdən o, şikayətini ictimailəşdirərək sosial şəbəkələrdə paylaşım edib. Bu paylaşımından bir müddət sonra Gulara Aliyeva məsələnin artıq rəsmi qurumlar tərəfindən icraata götürüldüyü haqqında "İnstagram" səhifəsində paylaşım edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları