SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Torpağın özəlləşdirilməsi şərtləri - VİDEO

Torpağın özəlləşdirilməsi şərtləri - VİDEO

  • 21 mart 2026, 15:39

İllərdir istifadə edilən, lakin sənəd üzərində dövlətə və ya bələdiyyəyə məxsus olan torpaq sahələrini özəlləşdirmək olar.

Yurd.Media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, icarə müddətindən asılı olmayaraq, bu torpaqların özəlləşdirilməsi mümkündür.

Bunun üçün ilk növbədə ərazinin arxiv məlumatları və ilkin sənədləri araşdırılmalıdır.  

Özəlləşdirmə prosesinə başlamaq üçün torpaq sahəsinin dəqiq koordinatları müəyyənləşdirilməli və müvafiq qurumlara rəsmi müraciət edilməlidir.

"Xəzər Xəbər" məlumat verir ki, əsas şərtlərdən biri isə torpağın bazar qiymətinə uyğun ödənişin həyata keçirilməsidir.

Torpaq sahəsi mülkiyyətə keçdikdən sonra vətəndaş həmin ərazi üzərində tam sərəncam vermək - onu satmaq, bağışlamaq və ya girov qoymaq hüququ əldə edir.

Torpağın özəlləşdirilməsi şərtləri - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları