SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Taksi sürücüsü quldurluqda üzləşdiyi haqda yalan dedi, cinayət işi başlandı - FOTO

Taksi sürücüsü quldurluqda üzləşdiyi haqda yalan dedi, cinayət işi başlandı - FOTO

  • 04 yanvar 2026, 18:51

Polisə quldurluqla bağlı yalan məlumat verən taksi sürücüsü saxlanılıb.

Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Belə ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib.

O bildirib ki, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək 80 manat pulunu talayıb. Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H. Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub. O, müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib.

H. Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları